close
close
01-06-2022

Dövlət Radiotezliklər İdarəsində “Dünyaya bir gün uşaqların gözü ilə baxaq” adlı tədbir keçirildi

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Radiotezliklər İdarəsində “Dünyaya bir gün uşaqların gözü ilə baxaq” devizi altında tədbir keçirildi.

 

Tədbirdə ölkə başçısı tərəfindən uşaqlara göstərilən qayğıdan və bu istiqamətdə görülmüş işlərdən söz açıldı, həmçinin ölkəmizdə uşaqların sağlam, milli və vətənpərvər ruhda böyümələrinə, yüksək elmi-biliyə yiyələnmələrinə və uşaq hüquqlarının qorunmasına xüsusi önəm verildiyi vurğulandı.

 

Eyni zamanda, tədbirdə uşaqlarla bu günün əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı, onlarla məntiqi düşüncəli və əyləncəli oyunlar keçirildi və viktorina təşkil edildi.

 

Tədbirin sonunda uşaqlara sertifikat və hədiyyələr təqdim edildi, onlarla xatirə şəkili çəkildi.