Dövlət Radiotezliklər İdarəsində “Qanımızla həyat verək” devizi altında qanvermə aksiyası keçirildi
14 iyun tarixində Dövlət Radiotezliklər İdarəsində Ümumdünya Qan Donoru Günü və Milli Qurtuluş Günü münasibəti ilə qanvermə aksiyası keçirildi.
Əməkdaşların könüllü şəkildə iştirak etdiyi “Qanımızla həyat verək” devizi altında keçirilən aksiyada əsas məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onların sağlamlıqlarına qovuşmalarına dəstək olmaq idi.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar tibb işçiləri tərəfindən donorlar öncədən müayinə olunaraq, onların sağlamlıq vəziyyətləri müəyyənləşdirildi.
Aksiya könüllüləri qanvermə təşəbbüsünün vətəndaşlıq borcları olduqlarını bildirdilər və bütün xəstələrə tez bir zamanda öz sağlamlıqlarına qovuşmalarını arzuladılar.