Dövlət Radiotezliklər İdarəsi “Planet Calling” ekoloji sərgisində radiotezliklərlə bağlı eksponatla təmsil olundu
24 iyun tarixində Bakı Dənizkənarı Bulvarında NARGİS nəşriyyat evinin ənənə halını alan və “Planet Calling” adlı ekosərgisinin açılışı keçirilib. Ekosərgidə Dövlət Radiotezliklər İdarəsi də təmsil olunub.
Sərgidə təkrar emal edilməsi çətin olan materiallardan və sənaye tullantılarından hazırlanılmış 13 instalyasiya nümayiş etdirilib. Qeyd edək ki, ekosərgidə radiotezliklərdən istifadəyə əsaslanan, yol göstərməyi və istiqamətləndirməyi əks etdirən “Geolokasiya” adlı eksponat da yer alıb.
Ətraf mühitin mühafizəsinə həsr olunan sərginin əsas məqsədi incəsənət vasitəsilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, sərgi avqustun 24-dək davam edəcəkdir. Giriş sərbəstdir.