close
14-07-2022

İctimai Şura Dövlət Radiotezliklər İdarəsində görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura 14 iyul tarixində Dövlət Radiotezliklər İdarəsində görüş keçirib.

 

Görüşdə İctimai Şuranın sədri Siruz Abasbəyli giriş nitqi ilə çıxış edərək Şura tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran məsələlər barədə məlumat verib. 

 

Sonra Dövlət Radiotezliklər İdarəsinin rəisi Heydər Rüstəmov təqdimatla çıxış edib. H. Rüstəmov son dövrlər radiotezlik idarəçiliyi sahəsində görülmüş işlər, tətbiq edilən yeniliklər, eləcə də planlaşdırılan və həyata keçirilən layihələr barədə İctimai Şura üzvlərini məlumatlandırıb. 

 

Həmçinin iclasda qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Şura üzvlərinin tövsiyələri və təklifləri dinlənilib.