close
close
20-07-2022

Radiohəvəskarlarla görüş keçirildi

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsində radiohəvəskarlarla görüş keçirildi. 

 

İşgüzar şəraitdə keçən görüşdə radiohəvəskarların fəaliyyəti, qarşılaşdıqları çətinliklər, yeni radiohəvəskarların cəlb edilməsi, lisenziya alınması və radiohəvəskarlar üçün nəzərdə tutulmuş zolaqlardan səmərəli istifadə edilməsi ilə bağlı məsələlər müzakirə olundu. Bununla yanaşı radiohəvəskarlara son dövrlər radiotezlik idarəçiliyi sahəsində görülmüş işlər, tətbiq edilən yeniliklər və icra olunan layihələr barədə ətraflı məlumat verildi.

 

Həmçinin görüşün sonunda radiohəvəskarları maraqlandıran suallar cavablandırıldı və müvafiq tövsiyələr verildi.