close
close
26-07-2022

Gürcüstanla sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi məqsədilə birgə radio monitorinqlərə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib.

 

Radiomonitorinqlər 18 – 19 iyulda Gürcüstan, 20 – 21 iyulda isə Azərbaycan ərazisində aparılıb.

 

Həmçinin radiomonitorinqlərin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və radiotezlik kanallarının koordinasiyası üzrə 22 – 23 iyulda Gəncə şəhərində mütəxəssislər arasında müzakirələr aparılıb.

 

Müzakirələrin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, o cümlədən bu sahədə yeni rəqəmsal texnologiyaların tətbiqi üçün radiotezliklərin tənzimlənməsi üzrə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

 

Görüşdə nazirliklə yanaşı, Dövlət Radiotezliklər İdarəsinin və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri də iştirak ediblər.