Dövlət Radiotezliklər İdarəsində Anım Günü ilə bağlı tədbir keçirilib
Dövlət Radiotezliklər İdarəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları şanlı tarix yazan şəhid və qazilərimizin misilsiz şücaətindən, ordumuzun qüdrətindən, cənab prezident İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.