close
close
13-01-2023

Dövlət Radiotezliklər İdarəsində ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib

Dövlət Radiotezliklər İdarəsində struktur bölmə rəhbərlərinin iştirakı ilə 2022-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan  iclas keçirilib.

 

İclasda 2022-ci il ərzində görülmüş işlərdən bəhs olunub və struktur bölmə rəhbərlərinin ilin yekunlarına dair hesabatları dinlənilib.  

 

İclas zamanı ötən il ərzində ölkəmizdə keçirilmiş müxtəlif irimiqyaslı yerli və beynəlxalq tədbirlər zamanı radioelektron vasitələrdən maneəsiz istifadənin yüksək səviyyədə təmin edilməsi, tezlik zolaqlarının ayrılması və qeydiyyata alınması prosesinin sadələşdirilməsi, radiotezlik istifadəçilərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə elektron xidmətlərin istifadəyə verilməsi, radiotezliklərdən istifadə ilə bağlı yeni Tarif Metodikasının qəbul olunması və tətbiqi, eləcə də Avtomatlaşdırılmış Spektr İdarəetmə Sisteminin tətbiqinə başlanılması istiqamətində görülmüş işlər xüsusi olaraq qeyd edilib.  

 

İclasda həmçinin cari ildə görüləcək işlərə və hədəflərə  dair müzakirələr aparılıb, 2023-cü il üçün İdarənin əsas prioritetləri müəyyənləşdirilib. Sonda  rəhbərlik tərəfindən struktur bölmə rəhbərlərinə bu istiqamətdə konkret tapşırıqlar verilib.