close
close
01-05-2023

Növbəti beynəlxalq və irimiqyaslı idman yarışlarında radiotezlik resurslarından maneəsiz istifadə uğurla təmin edilib

2023-cü ilin 28-30 aprel tarixlərində Bakı şəhəri növbəti beynəlxalq tədbirə – Formula 1 yarışlarına ev sahibliyi edib. Yerli və dünyanın müxtəlif ölkələrinin azarkeşlərinin böyük həvəslə izlədiyi Formula 1 Azərbaycan Qran-Prisində istifadəsi nəzərdə tutulmuş tezliklər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi tərəfindən ayrılıb.

 

Yarışlar zamanı görülmüş qabaqlayıcı və təxirəsalınmaz tədbirlər nəticəsində radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə uğurla həyata keçirilib.