close
close
07-05-2023

Dövlət Radiotezliklər İdarəsinin kollektivi "Bakı Marafonu 2023"də!

 

Dövlət Radiotezliklər İdarəsinin kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2023"də iştirak edib.

 

“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən builki Bakı Marafonu Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub.

 

21 kilometrlik məsafəni əhatə edən marafonda DRİ-nin əməkdaşı Türkel Məmmədov qaliblər sırasında yer alaraq medalla təltif edilib.

 

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.