close
close
02-06-2023

“Aselsan” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) ilə Türkiyənin “Aselsan” şirkətinin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

 

Görüşdə DRİ-nin rəhbərliyi və aidiyyəti struktur bölmə əməkdaşları ilə yanaşı, RİNN-in və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin əməkdaşları da iştirak ediblər.

 

DRİ-nin rəisi vəzifəsini icra edən İlham Əhədov görüş iştirakçılarına idarənin fəaliyyəti, görülmüş işlər və həyata keçirilən cari layihələr barədə ətraflı məlumat verib.

 

Daha sonra “Aselsan” şirkətinin nümayəndələri tərəfindən radiomonitorinq sistemləri üzrə həllər nümayiş etdirilib, həmçinin şirkətin istehsalı olan müxtəlif tipli radioelektron vasitələrin və proqram təminatlarının imkanlarından bəhs olunub.

 

Görüşün sonunda mümkün əməkdaşlıq istiqamətləri çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.