close
28-08-2019

Azərbaycan və Qazaxıstan respublikaları arasında koordinasiya görüşü keçirilmişdir.

20-23 avqust 2019-cu il tarixlərində Azərbaycan və Qazaxıstan respublikaları arasında koordinasiya görüşü keçirilmişdir.
Bakı şəhərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmli İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin nümayəndələri arasında koordinasiya görüşü keçirilmişdir. Görüşdə müxtəlif texnologiyaların istifadəsi üzrə müzakirələr aparılmış, kriteriyalar müəyyən edilmiş, sərhədyanı ərazilərdə televiziya və FM radio yayımlarını tənzimləmək üsulları, stansiyaların əhatə zonasının hesablanması, inteferensiyası, kanalların koordinasiyası müzakirə olunmuş və müvafiq protokollar imzalanmışdır.
Toplantı zamanı digər sahələr üzrə koordinasiya məsələləri də müzakirə olunmuş və əlaqədar görüşlər təşkil edilmişdir.
Görüşdə hər iki ölkə arasında ümumi maraqların qorunması və daha sıx əlaqələrin qurulmasında narahatlıq yaradan məsələlər diqqət mərkəzində olub, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin və əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və ölkələrin bir-birlərinə dəstək verməsinin vacibliyi qeyd edilib.