close
close
26-10-2023

Dövlət Radiotezliklər İdarəsinin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsindən qorunmağa dair təlim keçirilib

Dövlət Radiotezliklər İdarəsi Bakı və regional məntəqələrinin əməkdaşları üçün mina və partlayıcı sursatların təhlükəsindən qorunmağa dair təlim keçirib.

 

Onlayn formada təşkil olunan təlimdə struktur bölmə rəhbərləri və mütəxəssislər iştirak ediblər. İştirakçılar, o cümlədən işğaldan azad olunmuş ərazilərə radiomonitorinq və texniki nəzarət işləri aparılması məqsədilə ezam olunan əməkdaşlar mina təhlükəsindən qorunmağın yolları və qaydaları barədə məlumatlandırılıblar.

 

Təlimin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi və mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən qabaqlayıcı tədbirlərə dəstək göstərməkdir.