close
close
07-11-2023

Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları Vətən müharibəsinin ildönümü münasibətilə təşkil edilmiş qanvermə aksiyasında iştirak ediblər

7 noyabr tarixində “Təşəkkür Qrupu”nun təşəbbüsü və Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeli qurumlarının əməkdaşlarının qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) struktur bölmə rəhbərləri də daxil olmaqla, qurumun bir sıra əməkdaşı iştirak edib.

 

Azərbaycanın qalib xalq olaraq zəfər qazandığı 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü münasibətilə təşkil edilən aksiya qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

 

Əməkdaşlar könüllü donorluq edərək qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə töhfə veriblər.