Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları “Qələbə qaçışı”nda iştirak ediblər
12 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşları Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən “Qələbə qaçışı” adlı xeyriyyə qaçışında iştirak ediblər.
Üçüncü dəfə keçirilən və bu il “Qürurla irəli” şüarı adı altında təşkil olunan xeyriyyə qaçışı ölkəmizin Vətən müharibəsində qazandığı tarixi zəfərə həsr olunub.
İştirakçılar qaçışa Dənizkənarı Milli Parkdan – “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb, finiş nöqtəsinə çataraq qaçışı uğurla bitiriblər.
Qələbə qaçışında DRİ-nin əməkdaşı Türkel Məmmədov da qaliblər sırasında yer alaraq medalla təltif edilib.
Qeyd edək ki, xeyriyyə qaçışında toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.