Dövlət Radiotezliklər İdarəsində ötən ilin yekunları ilə bağlı iclas keçirilib
Dövlət Radiotezliklər İdarəsində struktur bölmə rəhbərlərinin iştirakı ilə ötən ilin yekunları və cari ilin hədəfləri ilə bağlı iclas keçirilib.
İclasda ötən il ərzində görülmüş işlər, reallaşdırılmış layihələr, eləcə də radiotezlik istifadəçilərinə göstərilən xidmət keyfiyyətinin və əməkdaşların iş məmnunluğunun ölçülməsi məqsədilə keçirilmiş müvafiq müştəri və işçi məmnuniyyəti sorğuları ilə bağlı hazırlanmış statistik məlumatlar və təqdimatlar əsasında müzakirələr aparılıb. Həmçinin struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
İclas zamanı cari ildə qarşıya qoyulan hədəflər müzakirə edilib və rəhbərlik tərəfindən struktur bölmələrə müvafiq tapşırıqlar verilib.