close
close
31-01-2024

Son 20 ildə fəaliyyətə başlayan efirə radionəzarət məntəqələri

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) 2004-cü ildə Gəncə, Masallı və Qəbələ şəhərlərində, 2005-ci ildə Quba və Şirvan şəhərlərində, 2007-ci ildə Astara, Beyləqan, Qazax və Zaqatala şəhərlərində, 2013-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 2014-cü ildə isə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində efirə radionəzarət məntəqələri (ERNM) fəaliyyətə başlayıb. Məqsəd ölkə ərazisində radiotezlik idarəçiliyi işinin təşkili, regionlar üzrə operativ qaydada radiomonitorinq işlərinin aparılması, eləcə də ayrılmış radiotezliklərdən istifadəyə radionəzarətin təmin edilməsidir.

 

2013 – 2015-ci illərdə dövlətin bu sahəyə birbaşa dəstəyi sayəsində və dövlət büdcəsinin vəsaiti hesabına radiotezlik idarəçiliyi işinin yüksək səviyyədə təşkili məqsədilə dövrün tələblərinə uyğun olaraq idarəetmə mərkəzi Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən stasionar radiomonitorinq stansiyaları qurulub. Həmçinin iş fəaliyyətinə uyğun müxtəlif növ portativ ölçü-nəzarət avadanlıqları alınaraq maddi-texniki bazaya əlavə olunub.