close
close
29-03-2024

DRİ ölkə ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı istiqamətində tədbirləri davam etdirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının  tətbiqi və inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

 

Belə ki, rəqəmsal radionun tətbiqi üçün “Cenevrə-06” regional sazişinin tələbləri nəzərə alınmaqla və təktezlikli şəbəkəyə üstünlük verilməklə bütün ölkə ərazisini əhatə edən ərazi-tezlik planı hazırlanıb. Hazırda rəqəmsal radio yayımlarının maneə təsiri olmadan ölkə ərazisində qəbulunun təmini məqsədilə aidiyyəti rabitə administrasiyaları ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qərar və tövsiyələrinə uyğun olaraq koordinasiya işləri davam etdirilir.

 

Eyni zamanda “Bakı Teleqüllə Kompleksi”ndən 11B (218.64 MHs) kanalında T-DAB+ rəqəmsal standartında 12 radioproqramın yayımını (İctimai FM, Hit FM, Retro FM, Asan FM, TMB FM, Enerji FM, Xəzər FM, Araz FM, Space FM, Media FM, Avto FM və Azərbaycan radiosu) həyata keçirən radioötürücünün xidmət sahəsi üzrə radiomonitorinqlər aparılıb.