close
close
21-06-2019

Azərbaycan nümayəndəsi Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinator oldu

Azərbaycan nümayəndəsi Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransında koordinator oldu

 

Cari ilin 17-21 iyun tarixlərində Çex Respublikasının Praqa şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının (CEPT) hazırlıq qrupunun iclası keçirilir. 


İclasda ölkəmizi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) təmsil edir.


Ümumdünya Radiorabitə Konfransının gündəliyinin müvafiq bəndləri üzrə aparılan müzakirələrdə Azərbaycan daha bir uğura imza atıb. Belə ki, “Ümumdünya Radiorabitə Konfransı-19”-un gündəliyinin 8-ci bəndi üzrə müzakirələrdə CEPT-də koordinatorluğu Azərbaycan nümayəndəsi, Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli edir.

 

Görüş çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri müzakirələrə qatılaraq bilik və təcrübə mübadiləsi aparıblar. 
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək “Ümumdunya Radiorabitə Konfransı-2019” cari ilin 28 oktyabr - 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.