close
close
13-03-2021

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda təmsil olunan böyük şirkətlərin nümayəndələri ilə görüşüb.

 

Görüşün keçirilməsində məqsəd ölkəmizin İKT sferasındakı müasir tendensiyaların müzakirəsi, rəqəmsal inkişafa səbəb olan şəraitin yaradılması üçün təkliflərlə tanışlıq və sektor üzrə problemlərin dinlənilməsi olub.

 

Görüş zamanı rəqəmsal transformasiyanın və innovasiya təşəbbüslərinin inkişaf perspektivləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu fəaliyyətdəki rolu və dəstəyi ətrafında geniş müzakirə aparılıb.

 

Eyni zamanda, pandemiya dövründə İKT sahəsinin vəziyyəti və gələcək fəaliyyətin istiqamətləri haqqında danışılıb.

 

Görüşdə şirkət rəhbərləri sektorun problemləri barədə ətraflı məlumat veriblər.

 

Sonda iştirakçılar onlara göstərilən həssas münasibətə və diqqətə görə təşəkkür ediblər.