close
close
21-05-2021

Dövlət Radiotezliklər İdarəsində Futbol üzrə Avropa Çempionatına (AVRO-2020) hazırlıq yüksək səviyyədə aparılır

Ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi etməyin astanasındadır.

2021-ci il iyun ayında keçiriləcək AVRO-2020-yə müvafiq dövlət qurumları hazırlıq prosesinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq əmrinə əsasən  Dövlət Radiotezliklər İdarəsi də çempionata hazırlıq işlərinə başlayıb. Artıq, UEFA ilə radiotezliklərdən istifadəyə dair müqavilə imzalanmış və tələb edilən tezlik nominalları dəqiqləşdirilib.

Final qarşılaşması zamanı istifadə ediləcək radioelektron vasitələrinin (REV) maneəsiz işinin təmin edilməsi məqsədilə Olimpiya Stadionu və ətrafında radiomonitorinq işləri aparılır. Eyni zamanda yarışlar zamanı ayrılmış tezliklərin müdaxiləsiz istifadəsinin təmin edilməsi üçün hər gün monitorinq işləri aparılır və nəticələrə uyğun adekvat tədbirlər görülür.

Yarışların keçirilməsi zamanı istifadə edilən bütün radioelektron vasitələrinin verilmiş icazə şərtlərinə uyğunluğu test ediləcək və yalnız bundan sonra istismarına icazə veriləcəkdir. Qeyd edilən tədbir boyunca televiziya və FM radio proqramlarının da maneəsiz işinin təmin edilməsi məqsədilə nəzarət gücləndiriləcək, məntəqələr tərəfindən monitorinq aparılacaq.

Xatırladaq ki, tezlik spektrinin kənar müdaxilələrdən qorunması, bu cür genişmiqyaslı tədbirlərin keçirilməsində mühüm komponentdir.