Uzun fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edib
Milli Gimnastika Arenasında 2021-ci il 7-9 may tarixlərində bədii gimnastika üzrə dünya kuboku, 21-23 may tarixlərində Dünya Yaş Qrupları Yarışları, 27-29 may tarixlərində Dünya Çempionatı keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən yarışlar öncəsi Milli Gimnastika Arenasında radiomonitorinq işləri aparılıb, yarışlar zamanı istifadə olunan bütün radioelektron vasitələrinin (REV) verilmiş icazə şərtlərinə uyğunluğu test edilib və istismarına icazə verilib.
Qeyd edək ki, yarışlar zamanı REV-lərin maneəsiz işi təmin edilib.
Eyni zamanda, görülmüş müvafiq qabaqlayıcı texniki tədbirlər nəticəsində yarışlar zamanı televiziya və FM radio proqramlarının da maneəsiz işinin təşkili işləri yüksək səviyyədə təmin edilib.