Nazir Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsindəki əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, bu istiqamətdə həyata keçirilən birgə layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyətin nəinki iki ölkənin, eyni zamanda bütün regionun nəqliyyat potensialının artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.