close
close
11-06-2021

Nazir Rəşad Nəbiyevin sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və İdarə Heyətinin digər  üzvləri iştirak ediblər.

 

Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin  idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.

 

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxışlar edilib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.