close
18-06-2021

Nazir Rəşad Nəbiyev Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüşüb

 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüş keçirib.

 

Görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.

 

Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.