close
close
23-06-2021

Nazir Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Görüş zamanı Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

 

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.