Nazirlikdə sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib. Nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilən görüşdə nazirliyin, sürətli poçt xidməti bazarında fəaliyyət göstərən aparıcı poçt operatorlarının və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak ediblər.
Rövşən Rüstəmov poçt bazarındakı ümumi vəziyyət, dövlət və özəl sektorun əməkdaşlığı, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib. Daha sonra sürətli poçt xidməti göstərən operatorların fəaliyyətlərində üzləşdikləri çətinliklər və poçt sektorunun perspektiv inkişafı məsələləri müzakirə edilib.
Sonda bu kimi görüşlərin gələcəkdə daha intensiv keçirilməsi qərarlaşdırılıb.