Şirvan regional məntəqəsi
2005-ci il may ayının 17-dən fəaliyyətə başlayan Şirvan Efirə Radionəzarət Məntəqəsi (ERNM) Şirvan Telekommunikasiya Qovşağının (TKQ) inzibati binasının 3-cü mərtəbəsində yerləşir. İnzibati bina əsaslı şəkildə yenidən qurulub. Məntəqə qəbuledici antennalar, rəqəmsal televizorlar, kompyuterlər, iş otaqlarında əməkdaşların səmərəli iş fəaliyyəti üçün ofis mebelləri və müasir texnoloji avadanlıqlarla təhciz olunub.
Şirvan ERNM-in xidməti ərazisinə 14 şəhər və rayon (Şirvan, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli, Cəbrayıl, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala ) daxildir.
ERNM-də müasir texnologiyalardan istifadə olunaraq xidməti ərazilərdə efir məkanına, həmçinin televiziya və radio verilişlərinin yayımına nəzarət edilir.
“AOR-5000”, “AOR-8200”, “AOR-8600” spectral analizatorlarından (radio qəbuledici), “SDU-5600”, “Scout-M40” analoq tezlikölçənlərdən və müasir “FSH-20”, “PR-100”, “Promax”, “Bird 5000-XT”, “Scout” rəqəmsal analizatorlarından, xidməti ərazilərdə səyyar radiomonitorinqin, istismara nəzarətin aparılması, REV-lərə texniki və vizual baxış keçirilməsi üçün “VAZ-2107” markalı avtomobildən istifadə olunur.
Şirvan ERNM-in əsas vəzifəsi xidməti ərazidə yerləşən müəssisələrə məxsus radio-elektron vasitələrin (REV) işçi tezliklərinin monitorinqini aparmaq, efirdə radioşəbəkələrə maneə yaradan mənbələri, qanunsuz istifadə edilən REV-ləri aşkarlamaq və həmin REV-lərin Dövlət Radiotezliklər İdarəsində qeydiyyata alınmasına dair müvafiq tədbirlər görməkdir.