close
close

Beyləqan regional məntəqəsi

Şirvan ERNM-in Beyləqan Köməkçi Efirə Radionəzarət Mənətəqəsi (KERNM)  09 avqust 2007-cı il tarixində Beyləqan rayonunda, Mərkəzi Poçtun binasının 3-cü mərtəbəsində fəaliyyətə başlayıb.

 

İşçilərin səmərəli fəaliyyətini təşkil etmək üçün iş otaqları yüksək səviyyədə təmir edilərək, lazımi və müasir texnoloji avadanlıqlarla təmin edilib.

 

Efirə radionəzarət işlərini təşkil etmək məqsədi ilə 2 mühəndis və 1 elektromexaniklə fəaliyyətə başlayan KERNM elə həmin il Yaponiya istehsalı olan “AOR-5000A” qəbuledicisi, “SDU-5600” analizatoru, “DA753G” tipli və qısadalğalı “LA 380 tipli” qəbuledici antenalarla   təmin edildi.  Məntəqənin texniki bazasını möhkəmlətmək məqsədilə KERNM üçün sonrakı illərdə Optoelektronika Scout Tezlik Registratorları (analoq və rəqəmsal), PROMAX HD RANGER+ avadanlıqları alındı.

 

Beyləqan KERNM-də səyyar  radiomonitorinqin, istismara nəzarətin aparılması, REV-lərə texniki və vizual baxış keçirilməsi üçün “VAZ-2107” markalı avtomobildən istifadə olunur.