close
close

Qazax regional məntəqəsi

Gəncə ERNM-in xidməti ərazisinə daxil olan Qazax Köməkçi Efirə Radionəzarət  Məntəqəsi (KERNM)  2007-ci il tarixdə Qazax şəhəri, Azadlıq küçəsi-109 ünvanında, telekommunikasiya qovşağının binasında yaradılıb.

 

Xidməti ərazi 5 (beş) rayonu əhatə edir:  Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy.

 

Qazax  KERNM-in istismarında 5(beş)  qəbuledici (“AOR 5000” spectral analizatoru, “Promax HD ranger” televiziya siqnalları analizatoru, Ronde SCHWARZ FSH-3, “Skout M40” analoq skaner-tezlikölçən, “Skout” rəqəmsal  skaner-tezlikölçən) var. Xidməti ərazidə radiomanitorinq işlərinin, həmçinin vizual və texniki baxışların çevik keçirilməsi üçün “VAZ 2107” markalı avtomobildən istifadə olunur.   

 

KERNM-in əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazidə vizual və texniki baxışlar, radiomanitorinq işləri aparılır, efirə radionəzarət həyata keçirilir.