close
close

Gəncə regional məntəqəsi

Dövlət Radiotezliklər İdarəsinin Gəncə Efirə Radionəzarət Məntəqəsi (ERNM)  2004-cü il oktyabr ayında Gəncə TKİ-nin binasının 5-ci mərtəbəsində tikilib.  2005-ci ilin yanvarından məntəqə 6 (altı)  nəfərdən  ibarət (texniki-mühəndis) heyətlə fəaliyyətə başlayıb. Dövlət Radiotezliklər İdarəsinin tövsiyələrinə uyğun olaraq Gəncə ERNM üçün müvafiq yer seçilməklə, inzibati bina tikilib və infrastruktur yenilənib. 2014-cü ildən məntəqə yeni inzibati binaya köçürülüb və fəaliyyətini burda davam etdirir.     

 

Gəncə ERNM-in xidməti ərazisi 3 şəhər (Gəncə, Mingəçevir , Naftalan)  və  13  rayonu (Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qazax və Ağstafa) əhatə edir.

 

2005-ci ildə efirə radionəzarət məqsədi ilə  Gəncə ERNM-in istismarında 3 ədəd qəbuledici (“AOR 5000” spectral analizatoru, “Icom IC-R100” qəbuledicisi, “Scout M 40” analoq skaner-tezlikölçən) var idisə, hazırda qəbuledicilərin sayı 10-a (“R&S®PR100” Portativ qəbuledici, 2 ədəd “AOR 5000” spectral analizatoru, “AOR8200” qəbuledici, “Promax HD ranger” televiziya siqnalları analizatoru, “Atlas 3000” mobil radimonitorinq satansiyası, “Icom IC-R100” qəbuledicisi, Spektral analizator FSH-20, “Scout M 40” analoq skaner-tezlikölçən, “Scout ”  rəqəmsal skaner-tezlikölçən) çatıb.

 

Gəncə ERNM-də mütəmadi olaraq mühəndislər tərəfindən vizual və texniki baxışların, radiomanitorinq işlərin, elektromexaniklər tərəfindən efirə radionəzarətin çevik həyata keçirilməsi üçün “Şevrolet-Niva” markalı avtomaşından istifadə edilir. Bu xidmət  vasitəsilə xidməti ərazilərdə səyyar  radiomonitorinq,  istismara nəzarət aparılır, REV-lərə texniki və vizual baxışlar keçirilir. “FORD-TRANSİT” markalı avtomobildə quraşdırılmış  “Atlas-406-S” mobil radimonitorinq stansiyası xidməti ərazidə radiomanitorinq işlərinin aparılması üçün istifadə olunur.