Zaqatala regional məntəqəsi
Zaqatala Köməkçi Efirə Radionəzarət Məntəqəsi (KERNM) 15 iyul 2007-ci il tarixində yaradılıb. KERNM hazırda Zaqatala şəhəri, Heydər Əliyev prospekti 36 ünvanında, Telekommunikasiya Qovşağının binasında fəaliyyət göstərir.
Zaqatala KERNM-in xidməti ərazisi 3 rayonu əhatə edir: Qax, Zaqatala, Balakən.
Mütəmadi olaraq KERNM-in mühəndisləri tərəfindən xidməti ərazilərdə vizual və texniki baxışlar, radiomanitorinq işləri, efirə radionəzarət stasionar avadanlıqlar vasitəsilə həyata keçirilir. KERNM-də efirə radionəzarət məqsədi ilə "AOR 5000" spectral analizatoru, “R&S®FSH” əldə daşınan spectral analizatoru, “AOR8200” qəbuledici, “Scout” rəqəmsal skaner-tezlikölçən, “R&S®PR100” Portativ qəbuledici, “Promax HD ranger” televiziya siqnalları analizatorlarından, istifadə edilir. Məntəqədə “VAZ 2107” markalı avtomaşın vasitəsilə xidməti ərazilərdə səyyar radiomonitorinq, istismara nəzarət aparılır, REV-lərə texniki və vizual baxışlar keçirilir.