close
close
28-03-2023

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir

Martın 27-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və Azərkosmosun mütəxəssisləri təmsil edirlər.

 

İclasda adıçəkilən konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.

 

Həmçinin iki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.