close
close

Radiotezliklər üzrə Dövlət Komissiyası

Radiotezliklər üzrə Dövlət Komissiyası (Dövlət Komissiyası) Azərbaycan Respublikası Prezidentinin 04 may 2021-ci il tarixli sərəncamına əsasən yaradılmışdır.

Dövlət Komissiyasının sədri:

Azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri.

Dövlət Komissiyasının üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini;

 Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

 Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

Dövlət Komissiyasının funksiyaları:

-radiotezliklər spektrinin bölünməsi və istifadəsi üzrə uzunmüddətli dövlət siyasətinin hazırlanması;

-radioelektron vasitələrin və yüksəktezlikli avadanlıqların radiotezlik spektrindən istifadəsi üzrə perspektiv planların hazırlanması;

-radioxidmət istifadəçiləri üzrə radiotezlik zolaqlarının bölünməsi cədvəllərinin hazırlanması və dəyişikliklərin edilməsi;

-radioelektron vasitələrin və yüksəktezlikli avadanlıqların istifadəsi üçün radiotezlik zolaqlarının ayrılması;

-radiotezliklərdən istifadə qaydalarının müəyyənləşdirilməsi.

Qeyd: Radiotezlik spektrinin bölünməsi və istifadəsi haqqında Dövlət Komissiyasının qərarları radioelektron vasitələrin və yüksəktezlikli avadanlıqların istifadəçiləri, onları layihələndirən və istehsal edən nazirlik, müəssisə, idarə və təşkilat, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməlidir.