1 saylı məntəqə
1 saylı Efirə Radionəzarət Məntəqəsi və İdarəetmə Mərkəzi Mehdiabad qəsəbəsində yerləşir.
Məntəqə 2013-cü ildə 15 nəfər mühəndis və elektromexanik heyəti ilə fəaliyyətə başlayıb. Yaponiya istehsalı olan AOR5000A radioqəbulediciləri və SDU5600 spektral analizatorları avadanlığı ilə 25kHs-3QHs tezlik diapazonunda işləyən anten-fider qurğuları ilə təchiz edilib.
Dövlət Radiotezliklər İdarəsi tərəfindən ayrılmış tezlik diapazonlarında qeydiyyatda olan idarə, müəssisə və təşkilatların 1, 2, 3, 4 və 5 saylı məntəqələrin aylıq iş planları, mühəndis və elektromexaniklərinin iş cədvəlləri burada tərtib olunur. Efirə Radionəzarət şöbəsinin bölgələrdə yerləşən məntəqələrdən daxil olunan efirdən istifadə qaydalarının pozulması haqda (TLF) məlumatlar təhlil edilərək Radiotezliklər şöbəsinə göndərilir və nəticələr məntəqələrə çatdırılır. Bölgələrdə yerləşən məntəqələrin həftəlik “Xidməti məlumat”ları mühəndislər tərəfindən təhlil olunur. Efirdə qeyri-qanuni fəaliyyət göstərən şəbəkələrin, maneəçilik törədən faktorların aşkarlanması mühəndislər tərəfindən daim nəzarətdə saxlanılır. ABŞ istehsalı olan stasionar TCİ avadanlığı ilə qeyri-qanuni fəaliyyət gostərən radiovericilərin yerini xəritə üzərində təyin edərək Dövlət Radiotezliklər İdarəsi rəhbərliyinə məlumat verilir. İNFOSPACE proqamı vasitəsilə Bakı şəhəri və bölgələrdə yerləşən əsas və köməkçi məntəqələrdə ayrılmış tezliklərə nəzarət olunur. RF sensor avadanlığının həmçinin AMS Client proqramı ilə avtomatlaşdırılmış şəbəkə vasitəsilə efirə çıxan şüalanmalar təyin edilir. Strim Lap proqramı vasitəsilə Teleradio İB-dən yayımlanan TV və Radiokanallara nəzarət olunur. AMS Client proqramı RF sensor və Agilent Technologies avadanlığı ilə təchiz edilərək avtomatik rejimdə 10Hs-44QHs diapazonunda loqoperiodik antena vasitəsilə qəbul olunan analoq və rəqəmsal rejimdə yayımlanan siqnalların parametrlərini təyin edir. Teleradio İB-dən yayımlanan TV və Radiokanallara, 3 saylı Sahil; 4 saylı Günəşli və Mehdiabad məntəqəsində Strim Lap proqramı vasitəsilə nəzarət olunur.