Qəbələ regional məntəqəsi
Qəbələ Efirə Radionəzarət Məntəqəsi (ERNM) 15 sentyabr 2004-cü il tarixində yaradılıb. ERNM hazırda Qəbələ şəhəri, Heydər Əliyev küçəsi 36 ünvanında, Telekommunikasiya Qovşağının binasında fəaliyyət göstərir.
Qəbələ ERNM-in xidməti ərazisi 12 rayonu əhatə edir: Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən.
Mütəmadi olaraq ERNM-in mühəndisləri tərəfindən xidməti ərazilərdə vizual və texniki baxışlar, radiomanitorinq işləri, elektromexaniklər tərəfindən isə efirə radionəzarət işləri stasionar aadanlıqlar vasitəsilə həyata keçirilir. ERNM-də efirə radionəzarət məqsədi ilə "AOR 5000" spectral analizatoru, “R&S®FSH” əldə daşınan spectral analizatoru, “AOR8200” qəbuledici, "“Icom IC-R100” qəbuledicisi, "SCOUT M 40" analoq skaner tezlikölçən, “Scout” rəqəmsal skaner-tezlikölçən, “R&S®PR100” Portativ qəbuledici, “RDS-FSH20” spektral analizatoru, “Promax HD ranger” televiziya siqnalları analizatorlarından, həmçinin “Atlas 3000” mobil radimonitorinq stansiyası ölçü və nəzarət cihazlarından istifadə edilir. Məntəqədə radiomonitorinq avdanlığı ilə təchiz olunmuş "Qazel Sobol" markalı və “VAZ 21213” markalı avtomaşınlar vasitəsilə xidməti ərazilərdə səyyar radiomonitorinq, istismara nəzarət aparılır, REV-lərə texniki və vizual baxışlar keçirilir.