Quba regional məntəqəsi
Quba rayonu, Qırmızı Qəsəbə inzibati ərazisində yerləşən Quba Efirə Radionəzarət Məntəqəsi (ERNM) 2005-ci ildə yaradılıb. Həmin ilin avqust ayından 8 nəfər işçi heyətilə fəaliyyətə başlayıb. Burada efirə nəzarət 2 növbəli iş rejimi ilə həyata keçirilir. Eyni zamanda radiomonitorinq, radio-elektron vasitələrin (REV) istismarına nəzarət işləri fasiləsiz davam etdirilir.
Quba ERNM-in əsas vəzifəsi xidməti ərazidə yerləşən müəssisələrə məxsus radio-elektron vasitələrin (REV) işçi tezliklərinin monitorinqini aparmaq, efirdə radioşəbəkələrə maneə yaradan mənbələri, qanunsuz istifadə edilən REV-ləri aşkarlamaq və həmin REV-lərin DRİ-də qeydiyyata alınmasına dair müvafiq tədbirlər görməkdir.
ERNM-in xidməti ərazisinə Quba, Qusar, Xaçmaz, Xudat, Yalama, Şabran, Siyəzən, Xızı (8) rayonlarının əraziləri daxildir.
Quba ERNM müasir texnologiyalardan istifadə etməklə xidməti ərazilərdə efir məkanına, həmçinin televiziya və radio verilişlərinin keyfiyyətli yayımına nəzarəti gücləndirir. ERNM-də efirə radionəzarət etmək məqsədi ilə "AOR 5000" radio qəbuledicisi, "SDU 5600" analizatoru, "AOR 8200" radioqəbuledicisi, "SCOUT- 40" mobil tezlik ölçən; "Digital Scout" mobil rəqəmsal tezlik ölçəni, "PR-100" analizatoru, "FSH-20" analizatoru, "Promax HD RANGER 2" ölçü və nəzarət cihazlarından istifadə edilir. ERNM-də "Şevrolet-NİVA" və "Naqlyad-6EM" radiomonitorinq avadanlığı ilə təchiz olunmuş "Qazel Sobol" markalı avtomaşınları vasitəsilə xidməti ərazilərdə səyyar radiomonitorinq, istismara nəzarət aparılır, REV-lərə texniki və vizual baxış keçirilir.
Quba ERNM-də stasionar olaraq 300 kHs-3 MHs; 3 MHs - 30 MHs; 87.5 - 108.0 MHs FM radio diapozonu, 27-49 MHs; 150 - 170 MHs; 300 - 470 MHs; tezlik diapozonlarına nəzarət edilir. ERNM-in xidməti ərazisində respublika TV proqramlarını yayımlayan 27 ədəd DVB-T TV ötürücüləri, 19 ədəd FM radio ötürücüləri istismar edilir ki, bu ötürücülər vasitəsilə xidməti ərazidə yayımlanan yerli və həmçinin qonşu dövlətlərdən qəbul olunan TV və FM radio proqramlarının yayımına nəzarət edilir, efir pozuntuları barədə müvafiq tədbirlər görülür.
Quba ERNM mütəmadi olaraq xidməti ərazidə istismar edilən radio elektron vasitələrə (REV) texniki baxış keçirir, qeyri-qanuni REV-lərin aşkarlanması, həmçinin GSM mobil operatorlarına maneə faktorunun qarşısını almaq məqsədi ilə radiomonitorinq işləri aparır. Xidməti ərazilərdə aşkarlanmış qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq tədbirlər görülür. Qanuni fəaliyyət göstərən REV istifadəçiləri ilə daim maarifləndirici işlər aparılır.