close
close

2 saylı məntəqə

2 saylı Efirə Radionəzarət Məntəqəsi Yasamal rayonu Kamal Rəhimov, ev 30, mənzil 35 ünvanında yerləşir. Məntəqə 1990-cı illərin əvvəllərindən fəaliyyətə başlayıb. Məntəqə Yaponiya istehsalı olan AOR8600, AOR5000A radio qəbulediciləri və SDU5600 spektral analizatorları avadanlıqları ilə 25kHs-3QHs tezlik diapazonunda işləyən anten-fider qurğuları ilə təchiz edilib.  Efirdə qeyri-qanuni fəaliyyət göstərən şəbəkələrin, maneəçilik törədən faktorların aşkarlanması məntəqənin mühəndisləri tərəfindən daim nəzarətdə saxlanılır. Mütəmadi olaraq TV və Radiokanallara nəzarət olunur. Məntəqədə quraşdırılmış İNFOSPACE proqramı, RF sensor avadanlıqlarının, həmçinin AMS Client proqramının köməyi ilə avtomatlaşdırılmış şəbəkə vasitəsilə efirdə şüalanma mənbələrinin aşkarlanmasını təmin edir.