close
close

3 saylı məntəqə

3 saylı Efirə Radionəzarət Məntəqəsi Günəşli qəsəbəsi ərazisindəki “D” yaşayış massivi, Samir Cəfərov küçəsi, bina 34-də yerləşir. ABŞ istehsalı olan stasionar TCİ avadanlığı ilə 9 Khs – 80 Qhs tezlik diapazonunda avtomatik olaraq və Agilent Technologies avadanlıqları vasitəsi ilə 8 Qhs – 44 Qhs tezlik diapazonunda qeyri-qanuni fəaliyyət gostərən radiovericilərin yerini və müvafiq olaraq istiqaməti xəritə üzərində təyin etməyə imkan verir. Agilent Technologies avadanlığı RF sensor avadanlıqları ilə avtomatik rejimdə 10Hs-44QHs diapazonunda loqoperiodik antena vasitəsilə qəbul olunan siqnalların parametrlərini təyin edir.  AMS Client proqramı ilə avtomatlaşdırılmış şəbəkə vasitəsilə efirdə şüalanma mənbəyi təyin edilir. Strim Lap proqramı vasitəsilə Teleradio İB-dən  yayımlanan TV və Radiokanallara vizual nəzarət olunur.