close
close

Astara regional məntəqəsi

 Astara köməkçi Efirə Radionəzarət Məntəqəsi (KERNM) 2007-ci ilin avqust ayında fəaliyyətə başlayıb. 

 

Burada müasir texnoloji avadanlıq və qurğularla efirə radionəzarət aparılır. Astara KERNM-də istismarda PROMAX tipli qəbuledici analizator, 7.5 GHs-ə qədər tezlik diapazonunda radiosiqnalları qəbul edən və ölçən PR 100 tipli analizator,  Rəqəmsal və Analoq TV qəbuledicilər (stasionar və daşınan mobil), rəqəmsal və analoq scout analizatorlar, stasionar AOR 5000 radioqəbuledicisi,  SDU 5600 tipli vizual analizator qurğusu, stasionar və əldə daşınan DELL tipli kompyuterlər var. Astara rayonu və ona bitişik ucqar yaşayış məntəqələrində dayanıqlı rəqəmsal televiziya və radioproqramların  keyfiyyətli qəbulunun həyata keçirilməsi ilə əlaqədar olaraq ərazidə manitorinq işlərinin aparılması məqsədi ilə məntəqə “UAZ 3909” markalı avtomobillə təmin olunub.

 

Respublika ərazisində televiziya və radio proqramlarının yayımı və kənar yayımlar  üzrə radiomonitorinqlərin aparılması qrafikinə əsasən  Astara rayonu ərazisində radiomonitorinq işləri aparılır. Burada efirə radionəzarət zamanı aşkarlanmış efir pozuntuları və qeyri qanuni efirə çıxmalar haqqında dəqiq analiz aparılaraq Dövlət Radiotezliklər İdarəsi rəhbərliyinə və adiyyatı şöbələrə məlumat verilir.

 

Radiomanitorinq zamanı qonşu dövlətlərdən daxil olan TV və radioproqramları analiz edilərək, onların hansı istiqamətdən yayımlandığı müəyyən edilir. Yeni yayımlanan TV və radio kanallarının əhatə dairəsi müəyyənləşdirilir.