close
close

Masallı regional məntəqəsi

Respublikanın efir məkanında radionəzarət və monitorinq işlərini daha səmərəli təşkil etmək məqsədilə Masallı rayonunun İkinci Səmidxanlı kəndi ərazisində Masallı Efirə Radionəzarət Məntəqəsinin (ERNM) yeni inzibati binası tikilərək istifadəyə verilib.  Masallı rayonunun dəniz səviyyəsindən 0 metr hündürlükdə olduğu nəzərə alınaraq, burda efirə radionəzarət və radiodalğaların effektiv qəbulunu təmin etmək üçün 22 metr hündürlükdə  qüllə tikilərək istifadəyə verilib.

 

Masallı ERNM-in xidməti ərazisinə Astara,  Lerik,  Lənkəran,  Masallı,  Yardımlı, Cəlilabad, Biləsuvar,  Neftçala  və  Salyan  rayonları daxildir. Masallı ERNM-in əsas vəzifəsi xidməti ərazidə yerləşən müəssələrə məxsus radio-elektron vasitələrin (REV) işçi tezliklərinin monitorinqini aparmaq, efirdə radioşəbəkələrə maneə yaradan mənbələri, qanunsuz istifadə edilən REV-ləri aşkarlamaq və həmin REV-lərin DRİ-də qeydiyyata alınmasına dair müvafiq tədbirlər görməkdir. Masallı ERNM mütəmadi olaraq xidməti ərazidə olan təşkilatlarda REV-lərə texniki baxış keçirir, ərazidə yayımlanan TV və radio kanalların yayımına nəzarət edir  və kənar yayımlar üzrə monitorinq işləri aparır. Qonşu dövlətlərdən daxil olan TV və radioproqramları analiz edir və onların hansı istiqamətdən yayımlandığını müəyyən edir. Yeni yayımlanan TV və radio kanalların əhatə dairəsini müəyyən edir.

 

Masallı ERNM-nin xidməti ərazisində Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara Radiotezlik Yayım Stansiyaları vasitəsilə rəqəmli televiziya proqramları yayımlanır. Xidməti ərazidə aparılan radiomonitorinq işləri zamanı müəyyən olunub ki, ərazinin 96 faizində yaşayan əhali Rəqəmsal  TV  proqramlarını normal qəbul edir.  

 

Masallı ERNM-in fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün Dövlət Radiotezliklər İdarəsi tərəfindən məntəqə yeni   avadanlıqlarla (AR-5000, AR-8200, SDU-5600,  PR  100, FSH 20, Promax tipli qəbuledici analizator,  Mobil Stansiya Atlas - 40G-S  Ford tranzit və sair) təmin edilib.