Dövlət Radiotezliklər İdarəsində korporativ görüşlərə start verildi.
Dövlət Radiotezliklər İdarəsində korporativ idarəetmə mexanizmini yaratmaq, korporativ sosial məsuliyyəti tətbiq etmək, münasibətləri səmərəli qurmaq, komanda ilə iş prinsipini aşılamaq, etik davranış prosedurlarını mükəmməlləşdirmək üçün hər həftə əməkdaşlar arasında korporativ görüşlərin keçirilməsinə start verildi.
Daxili resurslar hesabına həyata keçirilən bu görüşlərdə işçi heyətinin komanda kimi bir-birinə dəstək olması, şəxsi və peşə resurslarının inkişaf etdirilməsi, idarənin imicinin qorunması, innovasiya, müştərilərin ehtiyaclarının qarşılanması, məxfiliyin qorunması, elektron poçtla ünsiyyət və s. kimi mövzular üzrə müzakirələr aparılır.
Sonda əməkdaşlar tərəfindən görüşün keçirilməsinə dair sorğu və rəy blankları doldurulur. Həmin rəylər əsasında iş fəaliyyətimizi və görüşlərin keçirilməsini daha da təkmilləşdirməyi düşünürük.
Əməkdaşların korporativ idarəetmə mexanizmlərinin mənimsənilməsi, professional əmək fəaliyyətinin daha da artırılması və iş zəminində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə belə görüşlərin hər həftə keçirilməsi planlaşdırılır.